EN

Tramp: Avropa Çinə qarşı qətiyyətli addımlar atsaydı, Pekin Rusiyanı müharibəni dayandırmağa məcbur edərdi

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, əgər Avropa Çinə qarşı daha qətiyyətli addımlar atsaydı, Pekin, bəlkə də, Rusiyanı Ukraynada müharibəni dayandırmağa məcbur edərdi.

APA xəbər verir ki, O, bunu "Fox News" telekanalına müsahibəsində deyib.

“Əgər Avropa Çinlə bağlı nəsə etsəydi, məncə, Çin böyük ehtimalla Rusiyanı Ukraynadakı müharibəni dayandırmağa məcbur edə bilərdi”, – Tramp bildirib.

O, həmçinin bir daha vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Vladimir Zelenski arasında münasibətlər çox pisdir və onlar bir-birinə nifrət edirlər.

Chosen
38
1
apa.az

4Sources