EN

Venesuela ABŞ dən şikayətçi oldu

News24 saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Venesuela hökuməti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına (FAO) ABŞ-nin ölkənin balıqçı gəmisinə qanunsuz müdaxiləsi ilə bağlı rəsmi şikayət göndərib.

News24.az xəbər verir ki, bu barədə vitse-prezident Delcy Rodriguez teleqram hesabında açıqlama verib. O bildirib ki, sentyabrın 12-də Venesuela bayraqlı Carmen Rosa balıqçı gəmisi ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Jason Dunham esminesi tərəfindən ələ keçirilib.

Hadisə Blanquilla adasının 48 dəniz mili şimal-şərqində, Venesuelanın Eksklüziv İqtisadi Bölgəsində baş verib. Rodriguez iddia edib ki, ABŞ gəmisi uzun lüləli silahlarla silahlanmış 18 hərbi qulluqçusunu yerləşdirərək kiçik və zərərsiz balıqçı qayığını 8 saat ərzində ələ keçirib və balıqçıların azadlığını məhdudlaşdırıb.

Venesuelalı rəsmi şəxslər vurğulayıb ki, balıqçılar silahsız olub və ABŞ-nin müdaxiləsi naviqasiya qaydalarını pozmaqla milli suverenliyə ciddi zərbə vurub, həmçinin balıqçılıq fəaliyyətlərinə mane olan qeyri-mütənasib güc tətbiqidir.

Aqil

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
76
1
news24.az

2Sources