EN

KİV: Tramp Tayvana 400 milyon dollar həcmində hərbi yardım göndərməkdən imtina etdi

BAKI, 19 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Çin ilə ticarət sazişi bağlamağa çalışdığı üçün Tayvana təxminən 400 milyon dollar məbləğində hərbi yardım ayrılmasını təsdiqləməyib.

Teleqraf xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edib ki, Tramp administrasiyası ümumiyyətlə Pekinlə münasibətləri yumşaltmağa çalışır. Bundan əlavə, Ukraynaya silah tədarükü ilə bağlı vəziyyətdən də göründüyü kimi, ABŞ təmənnasız yardım göstərməyə hazır deyil.

Bununla belə, Tayvana hərbi təchizatın verilməməsi barədə qərarın yekun olmadığı və yenidən nəzərdən keçiriləcəyi bildirilir.

Chosen
51
teleqraf.com

1Sources