EN

Bu ölkədə yəhudi tələbələrə təhqiramiz məktublar yollandı: “Yəhudi siçovulları, Fələstin qalib gələcək!..”

ain.az, Moderator.az portalına istinadən məlumat yayır.

Son zamanlar Avropada antisemitizm hadisələri artmaqdadır...

Madridətrafı bir qəsəbədə yeni antisemit hadisəsi qeydə alınıb. Yəhudi tələbələr poçt qutularında təhqiramiz şüarlar olan məktublar tapdıqlarını bildiriblər. Məktublarda "Yəhudi siçovulları. Fələstin qalib gələcək!" yazılıb.

Moderator.az bu haqda İsrail mediasına istinadla xəbər verir.

Bunun arxasında kimin dayandığı bəlli olmasa da, son vaxtlar Avropada antisemitizm hadisələrinin əhəmiyyətli dərəcədə artdığı aydındır.

Dünən xəbər verimişdi ki, Almaniyada bir mağazada “Yəhudilərə giriş qadağandır ” yazılmış lövhə vurulub.

Şimali Almaniyanın Flensburq şəhərində də mağazanın vitrinində şokedici lövhə vurulub: “Juden haben hier Hausverbot” (Yəhudilərə icazə verilmir).

Aşağıda alman dilində izahat verilmişdir: "Nichts Persönliches, auch kein Antisemitismus, kann euch nur nicht ausstehen"- "Şəxsi heç nə, antisemitizm yoxdur, burada sadəcə olaraq burada sizi görmək  istəmirlər" kimi tərcümə edilə bilər. Mağazanın Qanz adlı Almana məxsus olduğu bildirilir.

Tarixi məlumatlar göstərir ki, hələ 1933-cü ildə Flensburqda 39 yəhudi yaşayırdı və onların əksəriyyəti 1938-ci ildə Kristallnaçt hadisələri zamanı həlak olmuşdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
14
1
moderator.az

2Sources