EN

Həkim: Ofis işçilərində maddələr mübadiləsi yavaşlayır

Oturaq iş səbəbindən ofis işçilərinin maddələr mübadiləsi yavaşlayır.

E-saglam.az xəbər verir ki, bu barədə SM-Clinic-in diyetoloqu Daria Xaykina Gazeta.Ru-ya müsahibəsində deyib.

Onun sözlərinə görə, oturaq iş, hətta insan müntəzəm idmanla məşğul olsa belə, maddələr mübadiləsini zəiflədir. Onun sözlərinə görə, uzun müddət kompüter arxasında oturmaq əzələlərin fəaliyyətini azaldır, kalori sərfini zəiflədir, insulinə həssaslığı aşağı salır və bədənin artıq kaloriləri toplamasına səbəb olur.

Həkim qeyd edib ki, hərəkətsizlik qan dövranını pozur, toxumalara oksigenin daşınmasını ləngidir, yağların parçalanmasına cavabdeh fermentlərin işini zəiflədir. Bunun qarşısını almaq üçün o, ofis işçilərinə hər 30-40 dəqiqədən bir qalxıb yüngül hərəkətlər etməyi, masada sadə məşqlər icra etməyi, gündəlik kifayət qədər su içməyi və lift əvəzinə pilləkənlərdən istifadə etməyi məsləhət görür.

Xaykinanın fikrincə, oturaq həyat tərzini yalnız axşam idmanı ilə kompensasiya etmək mümkün deyil. Maddələr mübadiləsini aktiv saxlamağın yeganə yolu gün ərzində daimi hərəkət etməkdir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Chosen
21
e-saglam.az

1Sources