EN

Fransanın qərarı İsraili qəzəbləndirdi - Netanyahudan sərt qərarlar

BAKI, 19 sentyabr. TELEQRAF

Parisin Fələstin Dövlətini tanımaq niyyəti ilə əlaqədar İsrail Fransaya qarşı sərt tədbirlər hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadla məlumat yayıb.

İki avropalı rəsminin və İsrail hökumətinin mövqeyi ilə tanış olan ekspertin sözlərinə görə, İsrail bir neçə variant hazırlayır. Bunlara Fələstin Milli Administrasiyasının fəaliyyət göstərdiyi İordan çayının qərb sahilinin ilhaqının sürətləndirilməsi də daxil ola bilər. Mümkün tədbirlər paketinə Fransanın Qüdsdəki konsulluğunun bağlanması və xristianların ziyarətgahı olan Eleon məbədi kimi İsraildə Fransaya məxsus ərazilərə və obyektlərə qarşı tədbirlər daxildir.

İsrail xarici işlər nazirinin müavini Şarren Haskel daha əvvəl Fransa KİV-ə demişdi ki, 1948-ci ildə İsrail Dövləti qurulmazdan əvvəl mövcud olan Qüdsdəki Fransa diplomatik missiyasının bağlanması Baş nazir Binyamin Netanyahunun gündəmindədir.

Avropalı diplomatın sözlərinə görə, İsraili qisas almaqda heç bir şey dayandırmayacaq. O bildirib ki, nə olur-olsun, Fransa ilə İsrail arasında münasibətlər xeyli dərəcədə pisləşəcək: “Makron bu məsələdə hərəkətverici qüvvədir və Netanyahu ilə dialoq artıq çətinləşib”.

Fransa Prezidenti Emmanuel Makron bundan əvvəl bildirmişdi ki, Paris sentyabrın 22-də BMT-də Qəzza zolağındakı müharibə və İsrail hakimiyyətinin digər qərarlarından asılı olmayaraq, Fələstinin tanınması məsələsi ilə bağlı konfrans keçirmək niyyətindədir.

Chosen
35
2
teleqraf.com

3Sources