Bizim media saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Parfümlər zamanla tərkibini və ətrini itirə bilər.Bizim.Media istifadə etdiyiniz parfümün son istifadə tarixinin keçib-keçmədiyini bilməyiniz üçün aşağıdakı əlamətlərə diqqət yetirməyi tövsiyə edir:Qoxu dəyişməsi – Parfümünüz əvvəlki kimi təravətli qoxmur, ağır, turşu və ya metalik iy gəlirsə, bu onun oksidləşdiyini və xarab olduğunu göstərə bilər.Rəngin dəyişməsi – Parfümün rəngi qaralıbsa, bulanıqlaşıbsa və ya sarımtıl tonlar varsa, bu da xarab olmasının əlamətidir.Yüngül və ya çiçək qoxulu parfümlər daha tez xarab ola bilər, ağır, oryantal tərkiblilər daha uzunömürlüdür.Yanlış saxlanma – Günəş işığı, istilik və rütubət parfümün ömrünü azaldır.Saxlanma müddəti – Parfümlər adətən 3-5 il arasında öz təravətini qoruyur. 18 aydan çox əvvəl açılıbsa, yoxlamaq məsləhətdir.Nə etməli?Parfümü sərin, qaranlıq yerdə, orijinal qablaşdırmada və yaxşı bağlanmış halda saxlayın. Vanna otağının rütubətli mühitindən uzaq tutun.Xəbərdarlıq: Xarab olmuş parfümdən istifadə etmək sağlamlığınız üçün zərərli ola bilər. Şübhə varsa, yenisi ilə əvəz edin. (Pravda.az)Bizim.Media
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.