EN

Misli Premyer Liqasında V tura start verilir

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Bu gün Misli Premyer Liqasında V turun növbəti oyunları keçiriləcək.

Oxu.Az xəbər verir ki, tura bu gün iki oyunla start veriləcək.

"Karvan-Yevlax" "İmişli"ni, "Zirə" isə "Şamaxı"nı qəbul edəcək.

Qeyd edək ki, sabah "Qəbələ" - "Kəpəz", "Sabah" - "Turan Tovuz" qarşılaşmaları baş tutacaq. Tura sentyabrın 21-də "Araz-Naxçıvan" - "Qarabağ", "Sumqayıt" - "Neftçi" matçları ilə yekun vurulacaq.

19 sentyabr

Misli Premyer Liqası

V tur

Saat 16:00, "Karvan-Yevlax" - "İmişli";

Saat 18:30, "Zirə" - "Şamaxı".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
49
1
oxu.az

10Sources