Bakı. Trend:
Beynəlxalq reytinq agentliyi “Fitch” Azərbaycanda 2017-ci ildənbəri bank sektorunun orta göstəricilərinin əhəmiyyətli dərəcədəyaxşılaşdığını bildirib.
Bu barədə Trend“Fitch”-ə istinadən xəbər verir.
“Kreditlərin dollarlaşma səviyyəsi aşağı düşüb və aktivlərinkeyfiyyəti ilə bağlı risklər azalıb”, -deyə agentliyin icmalındaqeyd olunur.
Eyni zamanda “Fitch” mümkün çağırışlara da diqqət çəkir.“2021-ci ildən bəri pərakəndə kreditləşmənin sürətli artımısektorun həddindən artıq böyüməsinə səbəb ola bilər. LakinAzərbaycan Mərkəzi Bankı kredit risklərinin azaldılması üçünqabaqlayıcı tədbirlər görür”, - sənəddə bildirilir.
Bundan əlavə, agentlik ölkə iqtisadiyyatı üzrə yenilənmişproqnozunu təqdim edib. “Gözləntilərimizə görə, Azərbaycanın ÜDMartımı 2025-ci ildə 3,5 faiz, 2026-cı ildə isə 2,5 faiz təşkiledəcək. Bu göstəricilər 2024-cü ildəki 4,1 faizlə müqayisədəaşağıdır”, - analitiklər vurğulayıblar. Yavaşlamanın əsas səbəbikimi isə “neft-qaz sektorundakı fəaliyyətin azalması və dünyabazarında qiymətlərin daha aşağı olması” göstərilib.