EN

Bu ərazilərdə qaz kəsiləcək

Bu gün Neftçala rayonunun bəzi kəndlərində qaz təchizatında fazilə yaranacaq.Metbuat.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, Neftçala rayon kəndlərində yerləşən orta məktəblərin təbii qazla təmin edilməsi ilə bağlı qaz xəttlərinin qaz təchizatı şəbəkəsinə birləşdirilməsi məqsədi ilə əlaqədar bu gün 15:00-dan etibarən işlər başa çatanadək Neftçala rayonunun Xolqarabucaq, Qırmızıkənd, Xəzərkənd, Xoltəzəkənd kəndlərində ümumi 1282 abonentin qaz təchizatı dayandırılacaq.

Qurum vətəndaşlardan təbii qaz verilişinin dayandırıldığı müddət ərzində qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirlərinə riayət etməyi xahiş edib.

Chosen
67
1
metbuat.az

2Sources