EN

Qarabağda separatizmə son qoyan antiterror əməliyyatından iki il ötür

Qarabağda erməni separatizminə son qoyan lokal xarakterli antiterror tədbirlərinin başlanmasından iki il keçir.Metbuat.az xatırladır ki, 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusu Ermənistanın diversiya-təxribatları və bölgədə qanunsuz hərbi birləşmələrin mövcudluğuna son qoymaq üçün lokal xarakterli antiterror tədbirlərinə start verib. Əməliyyat nəticəsində qondarma rejimin silahlı dəstələri cəmi 23 saat 43 dəqiqəyə təslim olub, separatçıların rəhbərləri həbs edilib və ölkəmizin ərazi bütövlüyü tam bərpa olunub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən əməliyyat mülki əhaliyə ziyan vurmadan, yüksək peşəkarlıqla icra olunub.Azərbaycan Ordusu qısa müddətdə onlarla mövqe və strateji yüksəklikləri nəzarətə götürüb, düşmənin hərbi texnikasını sıradan çıxarıb. Nəticədə Qarabağda separatizmə son qoyulub, üçrəngli bayrağımız Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda dalğalanıb.

Qeyd edək ki, hazırda azad edilmiş ərazilərdə “Böyük Qayıdış” proqramı uğurla icra olunur, yeni yaşayış məskənləri, infrastruktur obyektləri və müasir üslubda abad şəhər və kəndlər salınır. Qarabağ və Şərqi Zəngəzur ölkəmizin ən sürətlə inkişaf edən bölgələrindən birinə çevrilir.

Chosen
15
metbuat.az

1Sources