Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Cəlalın komandası 2025/2026-cı illər mövsümünün 5-ci turundan təxirə salınmış oyunda Sofiya ÇSKA-sı ilə qarşılaşıb.
Doğma meydanda baş tutmuş bu oyunda “Arda” qələbəyə sevinib – 1:0. Hüseynov bu görüşdə 90 dəqiqə meydanda olub.
“Arda” 8 turdan sonra 9 xalla 16 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb. Komanda əvvəlki turlarda 2 qələbə qazanıb, 3 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 60 rəsmi oyuna çıxıb, 1 qol vurub. Cəlal ötən mövsümü icarə əsasında “Şamaxı”da keçirsə də, bu yay yenidən Bolqarıstan klubuna qayıdıb.