EN

Azərbaycan yığmasının futbolçusu əməliyyat olundu

Azərbaycan U-21 yığmasının kapitanı Ayxan Süleymanlı əməliyyat olunub.

News24.az xəbər verir ki, 21 yaşlı müdafiəçi sol diz ön çarpaz bağından uğurlu əməliyyat keçirib.

Qeyd edək ki, A. Süleymanlı Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bolqarıstan yığması ilə Bakıda keçirilən oyunda (1:1) zədələnib.


Chosen
121
22
news24.az

10Sources