EN

Avtomobil məktəbə gedən bacı-qardaşı vuraraq öldürüb - Lənkəranda faciə

Lənkəranda məktəblilərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Şovu kəndində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı avtomobil kənddə məktəbə gedən 2014-cü il təvəllüdlü Ramid Əliyev və onun bacısı, 2017-ci il təvəllüdlü Gülay Əlizadəni vurub.

Yaralılar ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb. Hər iki şəxs xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

  • Avtomobil
  • Avtomobil
  • Avtomobil
  • Avtomobil
  • Avtomobil
  • Avtomobil
  • Avtomobil
  • Avtomobil
Chosen
60
2
day.az

6Sources