Lənkəranda avtomobil məktəbə gedən bacı-qardaşı vuraraq öldürüb.
Hadisə rayonun Şovu kəndində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı avtomobil məktəbə gedən Gülay Əlizadə və onun qardaşı Ramid Əliyevi vurub.
Hər iki məktəbli ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.
Meyitlər aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
"Report"