EN

Müğənni Gökhan Özen görün kiminlə eşq yaşayır? – Görənlər heyrətə gəldi

Türkiyəli müğənni Gökhan Özen izləyicilərini təəccübləndirən paylaşım edib.

Yenisabah.az xəbər verir ki, ifaçı  sosial şəbəkədə foto paylaşaraq sevgilisinə eşq elan edib. 

O, paylaşımına belə aydınlıq gətirib: pizza

“25 illik sənət karyeramda şəxsi həyatımla ön planda olmağı seçmədim. Mahnılarım, konsertlərim, bir sözlə, sənətimdən kənarda gündəm olmağı heç vaxt sevmədim. Bu gün ilk dəfə sizinlə bölüşürəm. Bunu paylaşmağımın səbəbi isə odur ki, heç kim öz bildiyi kimi müzakirə aparıb mənim üçün dəyərli olanı kölgədə qoymasın. Mənim şəxsi həyatımı şou-biznesdən və kameralardan uzaq yaşamağım seçimdir və əminəm ki, media və şou-biznes nümayəndəsi dostlarım buna hörmətlə yanaşacaqlar”.

Qeyd edək ki, G.Özenin sevgilisinin azərbaycanlı tanınmış müğənni Vəfa Şərifova ilə oxşarlığı bizim seqmentdən olan fanatların gözündən qaçmayıb.

Aytac Əliyeva


Telegram kanalımız
Chosen
10
1
yenisabah.az

2Sources