EN

23 saata bərpa olunan suverenlik Tənzilə Rüstəmxanlının yazısı

ain.az, Bakupost portalına istinadən məlumat verir.

Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri dünya hərb tarixində nadir əməliyyatlarından biri hesab olunur. Əməliyyatın əsas hədəflərini Qarabağ ərazisində erməni silahlı birləşmələrinin və separatçı rejimin mövcudluğuna son qoyulması təşkil edirdi.

2 il öncə baş verən bu hadisə Azərbaycanın dörd min kvadratkilometr ərazisinin 23 saatdan da az vaxtda azad olunması, qanunsuz erməni silahlı dəstələrinin darmadağın edilməsi ilə nəticələnmiş, eyni zamanda, bu, mülki əhaliyə heç bir zərər yetirilmədən aparılmış uğurlu əməliyyatdır. Bir daha xüsusi olaraq vurğulayaq ki, heç bir erməni mülki vətəndaşı zərər görmədən və ya infrastruktura ziyan vurulmadan terrorçular tərksilah olundu. Əməliyyatın mühüm cəhəti onun qısa müddətdə və yüksək peşəkarlıqla icra edilməsidir.

Cəmi 23 saat 43 dəqiqə ərzində Azərbaycan Ordusu düşmənin bütün əsas mövqelərini və texnikasını sıradan çıxardı. Nəticədə azərbaycanlılar öz tarixi torpaqlarına qayıtmaq imkanı əldə etdi. Lokal antiterror tədbirlərinin həyata keçirilməsi ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi.

Fəaliyyəti sıfıra bərabər olan ATƏT-in Minsk qrupuna heç bir ehtiyac qalmadı. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Bayrağını qaldırdı. Bu addım dövlətimizin suverenliyinin bütün ərazilərdə bərqərar olduğunu dünyaya nümayiş etdirdi. Ali Baş Komandanın çıxışları, xalqımıza ünvanladığı mesajlar bir daha sübut etdi ki, Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində güclü, qətiyyətli və öz sözünü deyən dövlətdir.

19-20 sentyabr əməliyyatı bir sıra mühüm siyasi nəticələr doğurdu. Azərbaycanın ərazi bütövlüyü tam təmin olundu, qeyri-qanuni erməni silahlı dəstələrinin mövcudluğu aradan qaldırıldı, separatçı rejim ləğv edildi, regionda sülh və sabitlik üçün real zəmin yarandı və Ermənistan rəhbərliyi və beynəlxalq ictimaiyyət bir daha Azərbaycanın suveren hüquqlarını tanımağa məcbur oldu.

2023-cü ilin sentyabr hadisələri, antiterror əməliyyatı bir daha göstərdi ki, heç kim bizim qabağımızda dura bilməz. Çünki bizim işimiz haqq işidir, biz öz torpağımız uğrunda vuruşmuşuq, bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, amma öz torpağımızdan bir qarış belə heç kimə güzəştə gedən deyilik və bunu sübut etmişik. Bu gün bütün dünya Azərbaycan xalqını haqlı olaraq müzəffər xalq kimi tanıyır. Bu gün fəxrlə qeyd edə bilərik ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində olduğu kimi, 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının qısa müddət ərzində, uğurla başa çatması ədalətin, Vətən sevgisinin və peşəkarlığın təntənəsidir. Antiterror əməliyyatı bütün Qafqazda dayanıqlı sülhə, əmin-amanlığa, firavan həyata və təhlükəsizliyə misilsiz töhfə verən tarixi missiyadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
7
3
www.bakupost.az

5Sources