EN

VAXTIN TAXTI “İYİRMİ DÖRD SAAT”

ain.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.

19 sentyabr - Azərbaycanda erməni separatizminin kökünün kəsildiyi günün (antiterror əməliyyatı) ikinci ildönümüdür.Hər saniyə,  dəqiqəsiqəhrəmanlıq salnaməsi -  “24 Saat”!Vətən torpağına içilən and - Neçə-neçə  Şəhid  Ad... O saatlarda Xocalı bir Bayraq dikəldi, “44 Gün” bir boy diksinmişdi...Daha neçə-neçə əsir-yesir yurd yerimiz sinəmizdə çalın-çarpaz dərd-sərimiz...Korşalan yaddaşımızın yadırğadığı, yağıların yağmaladığı, gəda yadların-yanların yalmandığıyurd yerimiz Xankəndimiz “24 Saat”la  gələndə üzbəüz,qərinələr, illər 24 saata sığındı, sığdı. Üzündün-gözündən zəfər sevinci yağdı.Yağdı  zəfər sevinci qələbə qoxulu qazilərin qayəsindən.Yağdı Tanrı yarı Şəhidlərin ruhunaAzərbaycan səmasından,Uca Bayraq simasından, Qarabağın havasından,Xarıbülbül həvəsindən,Ərənlərin dünyasından,Anaların duasından,Körpələrin yuxusundan,Dan yerinin yaxasından cənnət qoxulu rəhmət.“24 Saat” Azərbaycanın haqq səsi!Hər saniyə,  dəqiqəsiqəhrəmanlıq, Zəfər salnaməsi - “24 Saat” Qarabağ vaxtı - Vaxtın taxtı!         

Tapdıq ƏLİBƏYLİ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
6
2
adalet.az

3Sources