EN

Qızılağac Milli Parkında brakonyerlik edən şəxslər saxlanılıblar

Qızılağac Milli Parkının Kiçik Körfəz su hövzəsində qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar.

Bu barədə Far.Az-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, DİN-in Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı Qızılağac Milli Parkının Kiçik Körfəz su hövzəsində qanunsuz balıq ovu ilə məşğul olan əvvəllər məhkum olunmuş V.İbadov və F.Qafarov saxlanılıblar.

Baxış zamanı həmin şəxslərdən 65 ədəd müxtəlif növ balıq, ov alətləri götürülüb. Hər iki faktla bağlı araşdırma aparılır.

Chosen
60
23
far.az

10Sources