İndi müştərilərin istənilən məbləği heç bir komissiya ödəmədən “Birbank” debet və “Bakcell” Ko-brend kartlarına mədaxil etmək imkanları vardır. Bunun üçün cash-in funksiyası olan bankomatlardan yararlanmaq mümkündür.
Ətraflı məlumat üçün “Kapitalbank.az” saytı
“Kapital Bank “ (zəhmət olmasa saytda bu linki də verərdiniz)
Eyni zamanda, 2025-ci il oktyabrın 21-dən etibarən Milliön, E-manat, Kassam.az terminallarında və “Kapital Bank” /“Birbank” filiallarındakı kassalarda göstərilən kartlara 3000 AZN-dək vəsaiti həmişə olduğu kimi 0% komissiya ilə mədaxil etmək mümkün olacaqdır. Mədaxil edilən məbləğ 3000 AZN-dən yuxarı olduqda isə 0.5% komissiya hesablanacaqdır.
Nümunə kimi siz ödəniş terminalında kartınıza 4000 AZN pul qoymaq istəyirsiniz. Bu zaman 3000 AZN-dək olan hissəyə komissiya hesablanmayacaq və siz yalnız qalan 1000 AZN üçün 0,5%, yəni 5 AZN komissiya ödəyəcəksiniz.
Həmçinin, bank müştəriləri banka məxsus kartlar arasında istənilən məbləği heç bir komissiya olmadan köçürə bilərlər. Ay ərzində isə bütün “Birbank” kartlarındakı şəxsi vəsaitdən ümumilikdə 10 000 AZN-dək məbləği yerli bank kartlarına tam komissiyasız köçürmək və banka məxsus bankomatlarda nağdlaşdırmaq mümkündür.