EN

"Sümük iliyi donorluğu haqqında nə qədər məlumatlıyıq? - Səhiyyə Nazirliyi mütəxəssisindən cavab (FOTO)

Bakı.Trend:

Sümük iliyi donorluğu minlərlə insanın həyatını xilas edə bilər.Amma bu proses haqqında nə qədər məlumatlıyıq?

Səhiyyə Nazirliyinin mütəxəssisi Nərgiz Əliyeva nazirliyin rəsmisaytına müsahibə verib.

Trend həmin müsahibəni təqdim edir:

İlk öncə bilmək istərdik ki, sümük iliyi donoru olmaq nədeməkdir?

- Sümük iliyi donoru olmaq donora zərər yetirmədən müəyyənmiqdarda sümük iliyinin alınması prosedurudur. Bu, həyati təhlükəliqan xəstəliklərinin müalicəsi üçün könüllü şəkildə sümük iliyivermək deməkdir.
Uyğun donordan bəzən cərrahi üsulla, bəzən isə qandan periferikhematopoetik kök hüceyrələr xüsusi aparat vasitəsilə toplanır.Əlbəttə ki, əməliyyat yalnız könüllülük əsasında həyatakeçirilir.

- Doktor, sümük iliyi kimlərə lazımdır?

- Sümük iliyi genetik və onko-hematoloji xəstələrə lazımdır.Buraya talassemiya, leykoz, aplastik anemiya və digər qanxəstəliklərini misal göstərmək olar.
Sümük iliyi transplantasiyasına ehtiyac yaranırsa, bu, xəstənin özkök hüceyrələrinin genetik cəhətdən sağlam olmaması və ya sonradanzədələnməsi ilə bağlıdır.
Leykoz, limfoma, çoxsaylı miyelom və aplastik anemiya kimixəstəliklərdə sümük iliyi transplantasiyası vacibdir.
Donordan alınan sümük iliyi və ya periferik qandan toplanmış kökhüceyrələr xəstənin zədələnmiş hüceyrələrini əvəzləyərək həyatqurtaran müalicə üsulu rolunu oynayır.

Donorluq hansı hallarda həyat xilas edə bilər?

- Donorluq yalnız sümük iliyi ilə məhdudlaşmır. Qan, orqan vətoxuma donorluğu da həyat xilas edən müqəddəs bir addımdır.
Qan donorluğu – talassemiya xəstələri, qəza qurbanları, xərçəngxəstələri və əməliyyat olunanlar üçün həyati əhəmiyyət daşıyır.
Böyrək, ürək, ağciyər və qaraciyər kimi orqan donorluğu orqançatışmazlığı olan xəstələr üçün yeganə müalicə üsuludur.
Buynuz qişa, sümük və dəri kimi toxuma donorluğu isə yanıqlardan,xəsarətlərdən və müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlarıngörmə, hərəkət və digər funksiyalarını bərpa etməyə kömək edir.

- Sümük iliyi donorluğu təhlükəlidirmi?

- Sümük iliyi donorluğu donorun həyatı üçün təhlükəli deyil.Prosedur ümumi anesteziya altında aparıldığı üçün ağrı hissolunmur. Donorun sağlamlığının qorunması məqsədilə əməliyyatdanəvvəl və sonra xüsusi tibbi müayinələr aparılır.

- Kimlər sümük iliyi donoru ola bilər?

- Donor olmaq üçün şəxsin heç bir ciddi xəstəliyi olmamalı vəyaşı, ölkədən asılı olaraq, əsasən 18–44 və ya 18–60 aralığındaolmalıdır.
Donorun sağlam olması ilə yanaşı, alıcı ilə İnsan Leykosit Antigeni(HLA, Human Leukocyte Antigens) baxımından uyğunluğu damütləqdir.
Uyğunluq olmadığı və ya donorun sağlamlıq vəziyyətində risk yaradanhallar müşahidə olunduqda, donor olmaq imkansız olur. Bu səbəbdənhərtərəfli tibbi yoxlanış vacibdir.

- Donor və xəstənin uyğunluğu necə müəyyən olunur?

- Sümük iliyi transplantasiyası üçün əsas meyar İnsan LeykositAntigenlərinin (HLA) uyğunluğudur.
Qan qrupunun (A, B, AB, O) uyğunluğu vacib sayılmır. HLAuyğunsuzluğu xəstənin orqanizmində immun reaksiyalara vəhüceyrələrin rədd olunmasına səbəb ola bilər.
Bundan başqa, xəstənin qanında donor hüceyrələrinə qarşı əvvəlcədənmövcud olan anticisimlərin olub-olmadığını müəyyən etmək üçünçarpaz uyğunluq testi də aparılır.

Chosen
25
9
az.trend.az

10Sources