EN

Suqovuşan–Sərsəng su anbarı–Qozlukörpü–Kəlbəcər avtomobil yolunun tikintisi işləri davam etdirilir (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindənSuqovuşan–Sərsəng su anbarı–Qozlukörpü–Kəlbəcər avtomobil yolununtikintisi işləri sürətlə davam etdirilir.

Trend xəbərverir ki, buy barədə AAYDA-dan məlumat verilib.

Bildirilib ki, Layihənin başlanğıc nöqtəsi Ağdərə rayonuərazisində yerləşən Suqovuşan qəsəbəsi, son nöqtəsi isə Kəlbəcərrayonu ərazisində yerləşən və Kəlbəcər–Laçın avtomobil yolu iləkəsişən “Vəng dairəsi”dir. Ümumi uzunluğu 77.6 km olan avtomobilyolu II texniki dərəcəyə uyğun olaraq, iki hərəkət zolaqlı olmaqlainşa edilir. Yol yatağının eni 15 metr təşkil edir.

Layihə üzrə torpaq işləri çərçivəsində yolun ilk 24 km-likhissəsində yararsız qrunt qazılaraq çıxarılmış, torpaq yatağı isəyolun alt və üst yamacları hesabına genişləndirilmişdir. Eynizamanda, bu hissədə yol əsasının və ilk 20 km-lik sahədəasfalt-beton örtüyün alt laylarının tikintisi başa çatdırılıb.Yolun 21-25 km hissəsində isə mövcud qaya süxurları mexanizmlərləparçalanaraq ərazidən kənarlaşdırılıb.

Bundan əlavə, 63-78 km-lik hissədə, xüsusilə sərt relyefə malikqayalıq ərazilərdə torpaq yatağının genişləndirilməsi vətəhlükəsizlik üçün lazım olan görünmə məsafələrinin təmin olunmasıməqsədilə mexaniki qazma və partlayış işləri aparılır. Xüsusilə68-78 km-lik sahələrdə bu işlər intensiv şəkildə həyatakeçirilir.

Paralel olaraq, yolun təhlükəli yamac hissələrində sürüşmə vəuçqunların qarşısının alınması üçün daş istinad divarlarınıntikintisi aparılır. Layihə çərçivəsində müxtəlif ölçüdə suötürücüboruların, su keçidlərinin və körpülərin tikintisi və əsaslı təmiriişləri də icra olunur.

Tikinti prosesi “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə,texnoloji ardıcıllıq gözlənilməklə həyata keçirilir. İşlərinvaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün əraziyə zərurisayda texnika və canlı qüvvə səfərbər olunub.

Suqovuşan–Sərsəng su anbarı–Qozlukörpü–Kəlbəcər avtomobil yoluQarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında icra olunan vəişğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişafında mühümrol oynayacaq əsas infrastruktur layihələrindən biridir.

Suqovuşan–Sərsəng
Suqovuşan–Sərsəng
Suqovuşan–Sərsəng
Suqovuşan–Sərsəng
Suqovuşan–Sərsəng
Məqalədə:
Chosen
32
17
az.trend.az

10Sources