EN

Yeni dövlət yaradılmayacaq deyildi, Ərdoğan işə qarışdı

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Fələstin Prezidenti Mahmud Abbas Türkiyəyə səfər edib. Səfər çərçivəsində Abbasla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza zolağında mövcud vəziyyəti və İsrailin bölgədəki addımlarını müzakirə ediblər. Gündəlikdəki digər mühüm məsələ isə Fələstinin maraqlarının BMT Baş Assambleyasında necə təmsil olunacağıdır. Belə ki, ABŞ-ın viza verməkdən imtina etməsi səbəbindən Abbas və nümayəndə heyətinin Nyu-Yorka səfəri mümkün olmayıb.

Globalinfo.az-a danışan politoloq Qədir Aslan deyib ki, İordan çayının qərb sahilində fəaliyyət göstərən Mahmud Abbas administrasiyası İsrailə qarşı loyal mövqe sərgiləyir:

“HƏMAS-ın sıradan çıxarılmasında Abbas hakimiyyəti də maraqlıdır. Lakin son zamanlar bu siyasətdə müəyyən dəyişikliklər hiss olunur. Xüsusilə İsrail Baş nazirinin “Fələstin dövləti olmayacaq” bəyanatından sonra Knessetdə məsələ səsverməyə çıxarıldı və səs çoxluğu ilə bu yanaşma təsdiqləndi.

Fələstinin maaş sistemindən tutmuş maliyyə qurumlarına qədər bir çox institutu faktiki olaraq İsrailə bağlıdır. Reallıqda isə ortada tam suveren bir Fələstin dövləti heç vaxt olmayıb. Sadəcə bayraq və ad mövcud olub. İsrail də məhz buna əsaslanaraq bölgədə istədiyini edir.

Bu səfər Ərdoğanın diqqətini bir daha Fələstin məsələsinə yönəltmək üçün atılmış addımdır. Amma buna baxmayaraq, Türkiyənin məsələyə real təsir imkanları məhduddur. Ərdoğan hakimiyyəti bəyanatlar verə və etiraz aksiyaları təşkil edə bilər, lakin bundan daha irəliyə getmək ehtimalı zəif görünür”.

Turan Rzayev

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
19
globalinfo.az

1Sources