EN

Fərhad Abdullayev: Biz məhkəmələrdə süni intellektdən istifadə etməliyik

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Biz məhkəmələrdə süni intellektdən istifadə etməliyik".

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisdə Dövlət Suverenliyi Gününə həsr edilən konfransda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.

O qeyd edib ki, artıq Qazaxıstanda bu proses tətbiq edilib:

"Bir həmkarımız bu yaxınlarda Qazaxıstandan gəlib. O bildirir ki, artıq Qazaxıstan məhkəmələrində süni intellektin rəylərindən istifadə olunur. Süni intellektin rəyi sübut növü kimi məhkəmədə qəbul olunur və araşdırılır, buna qiymət verilir. Yəni süni intellektin qarşısında məsələ qaldırılır və onun rəyindən sübutlarda istifadə olunur. Bununla razılaşmaq da, razılaşmamaq da olar. Amma bu bir faktdır ki, süni intellektin inkişafı dayanmayacaq. Bunu qəbul etmək lazımdır. Biz də bundan səmərəli istifadə etməliyik".

Samir Əli

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
27
5
oxu.az

7Sources