EN

Klubun patronu tələbə yoldaşını öz qaynının yerinə vəzifəyə gətirdi

“Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev özünə yeni müavin təyin edib.

Bu, Emin adlı şəxsdir.

O, eyni zamanda infrastruktur və maliyyə üzrə direktoru vəzifəsində çalışacaq.

Son həftələrə kimi bu post Əli Balakişiyevə məxsus idi. Sözügedən zat E.Quliyevin qaynıdır və 2023-cü ilin martından bəri Tovuz klubunda fəaliyyət göstərirdi.

Ə.Balakişiyev iş rejiminin gərginliyi səbəbindən rayon təmsilçisini tərk edib. Bəs yeni kadr kimdir?

Sədr görəvləndirdiyi fiqurantı çoxdan tanıyır. Vaxtilə Türkiyədə birgə ali təhsil alıblar, tələbə yoldaşı olublar.

“Turan Tovuz”da onların bir ortaq tanışı da işləyir. İdman məsələləri üzrə direktor vəzifəsini tutan Səməd Nəsibov hər iki fərdlə eyni boşqabdan yemək yeyib.

SPORTİNFO.AZ

Chosen
48
sportinfo.az

1Sources