EN

ABŞ səfirindən Livana mesaj: Silahları dövlət nəzarətinə alın!

ABŞ-ın Beyrutdakı səfiri Liza Conson deyib ki, Livan hökumətinin dövlət silah monopoliyasının tətbiqi qərarını həyata keçirmək üçün “daha ​​çox addımlar atacağı” gözlənilir.

Turkustan.az xəbər verir ki, Livanda özəl televiziya kanalında yayımlanan xəbərə görə, səfir Conson ABŞ-ın Beyrutdakı səfirliyində keçirilən mərasimdə çıxış edib.

"Atəşkəs razılaşmasından sonra (İsraillə) Livan ordusunun gördüyü işlər çox böyük olub, lakin bu, kifayət deyil və daha çox iş lazımdır", - Conson bildirib.

Livan hökumətinin silahları dövlətin əlində cəmləşdirmək qərarını alqışlayan, lakin daha böyük addımların atılmasının lazım olduğunu bildirən Conson, Livanda son 7 ayda əldə edilənlərin son altı ildə əldə edilənlərdən qat-qat artıq olduğunu müdafiə etdi.

Livan Ordusu bu gün elan edib ki, İsrail atəşkəs qüvvəyə minəndən bəri 4500-dən çox pozuntuya yol verib və bu hücumlar Litani çayının cənubunda silahların yerləşdirilməsi və inhisara alınması planının həyata keçirilməsinə mane olub.

Livanda Nazirlər Şurası avqustun 5-də ölkədəki bütün qrupların, o cümlədən “Hizbullah”ın silahlarının dövlətin inhisarında cəmlənməsi barədə qərar qəbul edib.

Aytən Yaşar/ Turkustan.az

Chosen
15
1
turkustan.az

2Sources