Turkstan.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
ABŞ-ın Beyrutdakı səfiri Liza Conson deyib ki, Livan hökumətinin dövlət silah monopoliyasının tətbiqi qərarını həyata keçirmək üçün “daha çox addımlar atacağı” gözlənilir.Turkustan.az xəbər verir ki, Livanda özəl televiziya kanalında yayımlanan xəbərə görə, səfir Conson ABŞ-ın Beyrutdakı səfirliyində keçirilən mərasimdə çıxış edib."Atəşkəs razılaşmasından sonra (İsraillə) Livan ordusunun gördüyü işlər çox böyük olub, lakin bu, kifayət deyil və daha çox iş lazımdır", - Conson bildirib.Livan hökumətinin silahları dövlətin əlində cəmləşdirmək qərarını alqışlayan, lakin daha böyük addımların atılmasının lazım olduğunu bildirən Conson, Livanda son 7 ayda əldə edilənlərin son altı ildə əldə edilənlərdən qat-qat artıq olduğunu müdafiə etdi.Livan Ordusu bu gün elan edib ki, İsrail atəşkəs qüvvəyə minəndən bəri 4500-dən çox pozuntuya yol verib və bu hücumlar Litani çayının cənubunda silahların yerləşdirilməsi və inhisara alınması planının həyata keçirilməsinə mane olub.Livanda Nazirlər Şurası avqustun 5-də ölkədəki bütün qrupların, o cümlədən “Hizbullah”ın silahlarının dövlətin inhisarında cəmlənməsi barədə qərar qəbul edib.
Aytən Yaşar/ Turkustan.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.