EN

ABŞ-də siyasi qalmaqal: Baydenin əqli sağlamlığı ilə bağlı iddialar gündəmdə – ÖZƏL

Ağ Evin keçmiş əməkdaşlarının rəhbəri Ceff Zints keçmiş ABŞ prezidenti Co Baydenin yaddaşının və qərar qəbuletmə qabiliyyətinin prezidentliyi dövründə zəiflədiyini etiraf edib. 

Olaylar.az xəbər verir ki, bu barədə "New York Post" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Xəbərə görə, Zints cümə axşamı günü ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət və Hökumət İslahatları Komitəsində ifadə verib. O, qanunvericilərə bildirib ki, Baydenin hazırkı dövlət başçısı Donald Trampla debatda uğursuz çıxışından sonra prezidentin müalicə həkimi onu tam tibbi müayinədən, o cümlədən əqli qabiliyyət testindən keçirməyi məsləhət görüb. Zints Baydenin debatdakı çaşqınlığını görünməmiş hal adlandırıb.

Ağ Evin keçmiş əməkdaşlarının rəhbərinin etirafına görə, Baydenin "tarixləri və adları yadda saxlaması getdikcə çətinləşib" və qərar qəbuletmə prosesi daha çox vaxt aparmağa başlayıb. 

Zints həmçinin qeyd edib ki, Baydenin həyat yoldaşı Cill ərinə çox yüklənməməyi xahiş edib.

İyunun 5-də ABŞ prezidenti Donald Tramp sələfinin səhhəti və onun köməkçiləri tərəfindən sənədlərin imzalanması üçün avtoqələmdən istifadə edilməsi ilə bağlı araşdırmaya başlanılması barədə sərəncam verib. Nümayəndələr Palatasının Nəzarət və Hökumət İslahatları Komitəsinin sədri Ceyms Komer Co Baydenin Kapitol təpəsində dinləmələrə ifadə vermək üçün çağırılmasını istisna etmədiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
17
olaylar.az

1Sources