Belarusda Çexiya diplomatı Tomas Krıl "persona-non-grata" elan edilib və 72 saat ərzində ölkəni tərk etməlidir.
APA BELTA-ya istinadən xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Bu gün Belarus Xarici İşlər Nazirliyinə Çexiyanın Belarusdakı diplomatik nümayəndəliyinin müvəqqəti rəhbəri Tomas Krıl çağırılıb. Qarşılıq tədbiri olaraq, Çexiya diplomatı "persona-non-grata" elan edilib və o, 72 saat ərzində Belarus ərazisini tərk etməlidir,” – nazirliyin məlumatında bildirib.
Xatırladaq ki, sentyabrın 8-də Çexiya Belarus diplomatını xüsusi xidmət orqanlarına casusluqda ittiham edərək onu "persona-non-grata" elan etmişdi.