EN

Çantadakı bot: Uşaqlar neyron şəbəkələrdən getdikcə daha aktiv istifadə edirlər

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

İndiki məktəblilər çatbotlara və digər süni intellekt alətlərinə getdikcə daha çox müraciət edirlər. Kaspersky tədqiqatçılarının müşahidələrinə əsasən, uşaqlar neyron şəbəkələrdən təkcə məlumat axtarmaq və ev tapşırıqlarını yerinə yetirmək üçün deyil, həm də foto və video məzmunlar yaratmaq, ünsiyyət qurmaq üçün istifadə edirlər. Əksər məktəblilər üçün süni intellekt ilk növbədə “qabaqcıl axtarış mühərrikidir”. Onlar suallara cavab axtarır, mürəkkəb mövzularda izah istəyir və hətta bəzi ev tapşırıqlarını da ona həvalə edirlər. Bununla belə, unutmamaq lazımdır ki, süni intellekt səhvlər edə və ya faktlar uydura bilər. Buna görə də, uşaqlar məlumatları yoxlamaq və etibarlı mənbələrlə - dərsliklər və ya müəllimlərlə konsultasiya vasitəsilə dəqiqləşdirməyi öyrənməlidirlər.

Bizimyol.info beynəlxalq şirkətin araşdırmalarına əsasən xəbər verir ki, dərs tapşırıqlarından əlavə, məktəblilər daha tez-tez neyron şəbəkələri praktiki qaydada tətbiq edirlər: fotoşəkilləri redaktə edir və video və audio materiallar yaradırlar. Bununla belə, bəzi hallarda çatbotlar uşaqlar üçün “həmsöhbətə” çevrilir. Yeniyetmələr ürəklərini boşaltmaq istədikdə və ya böyüklərlə müzakirə etməyə utandıqları suallarla bağlı süni intellektə müraciət edirlər. Mütəxəssislər bildirirlər ki, texnologiyanın populyarlığına baxmayaraq, çatbotlar real ünsiyyəti əvəz edə bilməz. Empatiya, qayğı və təcrübəni uşaqlar yalnız valideynlər və yaxınları ilə təmasda əldə edirlər.

"Süni intellekt əla köməkçidir, lakin uşağın ən vacib bacarığı öz beyni ilə düşünmək, fərqli fikirlər irəli sürmək və yaxınlarına etibar etməkdir. Çatbotlar müəllimləri aldatmaq üçün alət və ya real ünsiyyətin əvəzedicisinə çevrilməməlidir. Bundan əlavə, həddən artıq şəxsi və məxfi məlumatı neyron şəbəkələrlə paylaşmamaq vacibdir. Texonolgiya ilə keçirilən vaxtı məhdudlaşdırmaq lazımdır ki, uşaqların canlı ünsiyyətə, oyunlara və özünükəşfə maraq və enerjisi qalsın”, – deyə Kaspersky-nin Uşaqların onlayn təhlükəsizliyi şöbəsinin rəhbəri Andrey Sidenko qeyd edir.

"Azərbaycanda da uşaq və yeniyetmələr arasında süni intellektə marağın artdığını görürük. Valideynlərin uşaqlarının rəqəmsal həyatında iştirak etməsi vacibdir: yeni texnologiyaların müzakirəsi, potensial risklərin izahı və sağlam vərdişlərin inkişafına yardım. Yalnız bu halda neyron şəbəkələr problemlərin mənbəyi deyil, öyrənmə və inkişaf üçün köməkçi ola bilər", - deyə Kasperksy-nin Azərbaycandakı rəsmin nümayəndəsi Müşviq Məmmədov bildirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
24
bizimyol.info

1Sources