Ermənistan Baş naziri Nikol Paşinyan iş gününə şən mahnı ilə başlayıb.
Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, o bu barədə sosial şəbəkədə paylaşım edib və “Elvina Makaryanın mahnısı iş gününə gözəl başlanğıcdır” qeydini yazıb.
Sözügedən paylaşım Ermənistan mediasında və sosial şəbəkə seqmentində etiraz doğurub.
Bildirilib ki, ermənilərin Qarabağı itirməsinin 2-ci ilində Paşinyanın bu paylaşımı sözügedən məsələnin onun üçün tam bağlanması mənasına gəlir.