EN

Separatçıların Qarabağdakı qəbirləri Ermənistana köçürüləcək

2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun antiterror əməliyyatı nəticəsinə zərərsizləşdirilən 66 separatçı Xankəndi və ətraf rayonlardakı qəbiristanlıqlarda basdırılıb.

7Times.az xəbər verir ki, bunu İrəvanda jurnalistlərə Qarabağdan qovulan separatçıların sonuncu başçısı Samvel Şahramanyan bildirib.

O qeyd edib ki, ermənilər Qarabağı tərk edəndən sonra həmin məzarların İrəvandakı “Yerablur” hərbi panteonuna köçürülməsi məsələsi qaldırılıb. Şahramanyanın sözlərinə görə, bununla bağlı həm Ermənistan hakimiyyəti, həm də Azərbaycan nümayəndələrindən ilkin razılıq alınıb, lakin proses hələ ki baş tutmayıb.

Samvel Şahramanyan əlavə edib ki, Azərbaycanda həbsdə olan erməni separatçıların azad edilməsi və itkin düşənlərin taleyinin aydınlaşdırılması məsələsi daim onların gündəmindədir. Lakin baş nazir Nikol Paşinyanın bu işlərdə onlara yardım göstərmək niyyətində olub-olmadığını bilmir. Şahramanyan deyib ki, Paşinyan bu barədə onunla danışmır, lakin onlar ilk növbədə Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan vasitəsilə əlaqə saxlayıblar.

Ermənistan tərəfinin məlumatına görə, antiterror əməliyyatı zamanı separatçılarından 244 nəfər ölüb, 11 nəfər isə itkin düşüb.

Chosen
12
4
7times.az

5Sources