EN

QHT sədri: "Gənc nəsil suverenliyin qorunmasında fəal olmalıdır"

"Bu il Konstitusiyanın qüvvəsinin işğaldan azad edilmiş bütün ərazilərdə bərqərar olması və tarixi zəfərin 5 illiyi ilə əlamətdardır".

Bu sözləri “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, Əməkdar Jurnalist Nadir Azəri QHT.az-a açıqlamasında bildirib. CASCFEN sədri qeyd edib ki, 2024-cü ilin sentyabrında Prezident İlham Əliyevin imzaladığı sərəncamla sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilib:

"2025-ci il ölkədə “Konstitusiya və Suverenlik İli”dir. Bu gün biz azad, müstəqil və qalib bir ölkənin vətəndaşlarıyıq. Bunun üçün Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Azərbaycan Ordusuna minnətdarıq”.

Nadir Azəri Azərbaycanın əldə etdiyi suverenliyin həm hüquqi, həm də mənəvi baxımdan böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb və gənc nəsli bu dəyərin qorunması istiqamətində fəaliyyətə səsləyib.

 

Pərvanə Fərhadqızı

Chosen
12
qht.az

1Sources