EN

Pişiklər insanların xəstəliklərini hiss edə və ağrını azalda bilər

Pişiklər təkcə mehriban dost deyil, həm də insanların ağrı və xəstəliklərini hiss edərək onları yüngülləşdirə bilən təbii "terapevtlər"dir.

E-saglam.az xəbər verir ki, baytar Nikolay Loginov Pravda.Ru-ya bildirib ki, ev pişikləri insan xəstəliklərini tanıya və ağrıları azalda bilər. Onun sözlərinə görə, pişiklər bədənin problemli sahələrinə reaksiya verərək orada uzanır və mırıldayır. “Məsələn, pişik mədədə və ya ayaqda uzanıb sahibinə masaj edirmiş kimi mırıldayır. Bir neçə dəqiqədən sonra ağrı azalır”, – deyə Loginov bildirib.

O əlavə edib ki, pişiklər baş ağrısı zamanı da sahibinin yanında yuva qura bilər. Onlar biosahələri və ya patoloji zonaları aşkar edərək mırıltı vasitəsilə təsir göstərirlər, lakin mexanizm hələ öyrənilməyib.

PhD namizədi Sergey Sereda isə qeyd edib ki, depressiya yalnız insanlara deyil, ev heyvanlarına – pişik və itlərə də təsir edə bilər. Əgər dörd ayaqlı dostunuz laqeyd və letargikdirsə, yeməkdən və qarşılıqlı əlaqədən imtina edirsə və ya nadir hallarda oynayırsa, bu depressiyadan xəbər verə bilər.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Chosen
22
e-saglam.az

1Sources