EN

Azərbaycanda bank sektorunun göstəriciləri yaxşılaşıb, kredit riskləri azalıb - Fitch

Beynəlxalq reytinq agentliyi “Fitch” Azərbaycanda 2017-ci ildən bəri bank sektorunun orta göstəricilərinin əhəmiyyətli dərəcədə yaxşılaşdığını açıqlayıb.

Finss.az "Fitch" agentliyinə istinadən xəbər verir.

Agentliyin icmalında qeyd olunur ki, kreditlərin dollarlaşma səviyyəsi aşağı düşüb və aktivlərin keyfiyyəti ilə bağlı risklər azalıb.

Eyni zamanda, “Fitch” potensial çağırışlara diqqət çəkir. 2021-ci ildən bəri pərakəndə kreditləşmənin sürətli artımı sektorun həddindən artıq böyüməsinə səbəb ola bilər. Lakin Azərbaycan Mərkəzi Bankı kredit risklərinin azaldılması üçün qabaqlayıcı tədbirlər görür.

Agentlik ölkə iqtisadiyyatı üzrə yenilənmiş proqnozunu da təqdim edib. Analitiklərin gözləntilərinə görə, Azərbaycanın ÜDM artımı 2025-ci ildə 3,5 faiz, 2026-cı ildə isə 2,5 faiz təşkil edəcək. Bu göstəricilər 2024-cü ildəki 4,1 faizlə müqayisədə aşağıdır. Yavaşlamanın əsas səbəbi neft-qaz sektorundakı fəaliyyətin azalması və dünya bazarında qiymətlərin düşməsi göstərilib.

Fuad Mədətov
Finss.az

Chosen
36
2
fins.az

4Sources