EN

Milli Məclisdə Dövlət Suverenliyi Günü ilə bağlı konfrans keçirilib  

Milli Məclisdə "Konstitusiya və Suverenlik İli" çərçivəsində Dövlət Suverenliyi Günü ilə bağlı konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin müavini Ziyafət Əsgərovun sədrliyi ilə keçirilən tədbirdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, parlamentin komitə və komissiya sədrləri, sədr müavinləri, Milli Məclis Aparatının nümayəndələri, həmçinin aidiyyəti qurumların rəhbər şəxsləri iştirak ediblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə 20 Sentyabr - Dövlət Suverenliyi Günü elan olunub. Bu tarix Azərbaycanın müasir siyasi tarixində dönüş nöqtəsi hesab edilir, çünki 2023-cü il sentyabrın 19-dan 20-nə keçən gecə lokal xarakterli antiterror tədbirləri nəticəsində dövlətimizin bütün ərazilərində tam suverenlik bərpa olunub.

Chosen
43
7
azerbaijan-news.az

10Sources