EN

Azərbaycan ilk dəfə Beynəlxalq Şüşə Biennalesində “Dərviş” xalçası Sofiyada təqdim olunub

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 19 sentyabr, AZƏRTAC

Sofiyada Beşinci Beynəlxalq Şüşə Biennalesində Azərbaycan ilk dəfə 50 ölkədən 200-dən çox bədii şüşə sənətçisinin qatıldığı mötəbər sərgi iştirakçıları sırasında yer alıb.

AZƏRTAC xəbər verir ki, ölkəmizi bu nüfuzlu forumda Qarabağ Universitetinin İncəsənət fakültəsində müəllimdir, bədii şüşə sənətçisi Məhər Məhərrəmov təmsil edib. O, bu nüfuzlu sərgiyə “Dərviş” adlı unikal şüşə xalçası ilə qatılıb.

Biennalenin bədii rəhbəri professor Konstantin Valçev çıxışında qeyd etdi ki, 2017-ci ildən keçirilən bu layihə artıq şüşə sənəti sahəsində dünyanın ən nüfuzlu tədbirlərindən birinə çevrilib. O, Azərbaycanın da bu mötəbər siyahıda öz yerini almasının beynəlxalq mədəni mübadilə baxımından mühüm addım olduğunu vurğulayıb.

Milli Qalereyanın direktoru Aneliya Nikolayeva isə çıxışında şüşənin çoxdan utilitar funksiyasını aşaraq müasir heykəltəraşlığın əsas ifadə vasitələrindən birinə çevrildiyini qeyd edib.

Biennalenin icraçı direktoru, doktor Lyubomira Valçeva-Nandol bütün iştirakçılara təşəkkürünü bildirərək, sərgidə nümayiş olunan əsərlərin xüsusi müxtəlifliyi ilə seçildiyini söyləyib.

Sərginin digər diqqətçəkən məqamları sırasında Çexiyadan optik şüşə və konseptual heykəltəraşlığın banilərindən sayılan Vatslav Tsiglerin əsərləri, ABŞ-dan məşhur Deyl Çixulinin üfürülmüş şüşə nümunəsi, Murano ustası Luço Bubakonun mifoloji simvolikaya malik aplikasiyalı vazası və hollandiyalı sənətkar-memar Xan de Klayverin məkan-analitik işi yer alıb.

Sofiyada Milli Qalereyanın “Kvadrat 500” binasında açılan bu mötəbər sərgi noyabrın 30-dək davam edəcək və Azərbaycanın müasir bədii şüşə sənətində yeni mərhələ kimi tarixə düşəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
6
3
azertag.az

4Sources