EN

Şalva Papuaşvili: Brüssel danışıq və dialoqu nəzərdə tutan Avropa dəyərlərini itirib

ain.az, Azertag portalına istinadən məlumat verir.

Tbilisi, 19 sentyabr, AZƏRTAC

Bu gün Brüsselin yanaşmalarında, bəyanatlarında, mövqeyində Avropa dəyərləri ilə hər hansı bir əlaqəni görmək çətindir. Bütün bunların fonunda deməliyəm ki, Brüsseldən gələn əsassız ittihamlar və tənqidlər Avropa İttifaqının reputasiyasına xələl gətirir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kosun Tbilisiyə səfər etməməsini şərh edərkən deyib.

Ş.Papuaşvili deyib: “Təəssüf ki, Brüssel, ilk növbədə, danışıq və dialoqu nəzərdə tutan Avropa dəyərlərini itirib. Bu gün Brüsselin yanaşmalarında, bəyanatlarında, mövqeyində Avropa dəyərləri ilə hər hansı bir əlaqəni görmək çətindir. Bununla onlar gürcü xalqının gözündə reputasiyalarına xələl gətirirlər.

Gürcüstana qarşı hücumlara, Brüssel bürokratiyasının yaydığı yanlış narrativlərə baxmayaraq, biz iqtisadi cəhətdən irəliləyirik, ölkəmizdə sülh və sabitlik təmin olunub”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilis

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
37
2
azertag.az

3Sources