AZ

Gürcü spiker: Avropa İttifaqı reputasiyasına xələl gətirir

TBİLİSİ, 19 sentyabr. TELEQRAF

“Brüsseldən gələn əsassız ittihamlar və tənqidlər Avropa İttifaqının reputasiyasına xələl gətirir”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kosun Tbilisiyə səfər etməməsini jurnalistlərə şərh edərkən deyib.

Spiker təəssüflə qeyd edib ki, Brüssel ilk növbədə danışıq və dialoqu nəzərdə tutan Avropa dəyərlərini itirib.

“Bu gün Brüsselin yanaşmalarında, bəyanatlarında, mövqeyində Avropa dəyərləri ilə hər hansı bir əlaqəni görmək çətindir. Bununla onlar gürcü xalqının gözündə reputasiyalarına xələl gətirirlər. Gürcüstana qarşı hücumlara, Brüssel bürokratiyasının yaydığı yanlış narrativlərə baxmayaraq, biz iqtisadi cəhətdən irəliləyirik, ölkəmizdə sülh və sabitlik təmin olunub”, - Ş.Papuaşvili söyləyib.

Qeyd edək ki, Aİ komissarının Cənubi Qafqaza turnesi çərçivəsində Gürcüstana səfəri planlaşdırılmayıb.

Seçilən
25
2
teleqraf.com

3Mənbələr