EN

Türk dövlətlərinin Qırğızıstan toplantısının hədəfi: MDB nin sonu yaxınlaşır?

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türk Dövlətləri Təşkilatının (TDT) baş nazirlər səviyyəsində Qırğızıstanda keçirilən görüşü ciddi maraq doğurub. Bu, təşkilat çərçivəsində ilk belə yüksək səviyyəli tədbir kimi qiymətləndirilir. Müşahidəçilər hesab edir ki, bu görüş TDT-nin sadəcə mədəni əməkdaşlıq platformasından çıxaraq, daha funksional və çevik bir siyasi quruma çevrilməkdə olduğunu göstərir.

Bəs TDT müstəqil və işlək siyasi orqan kimi formalaşırmı? Müstəqil Dövlətlər Birliyinə (MDB) alternativ və ya onu arxa plana keçirə biləcək gücə sahibdirmi? Ümumilikdə bu prosesi necə dəyərləndirmək olar?

Globalinfo.az-a danışan siyasi şərhçi Ülviyyə Zülfiqar bildirib ki, Qırğızıstanda keçirilən görüş TDT-nin gələcəkdə daha aktiv regional və beynəlxalq aktora çevrilmək niyyətində olduğunu göstərir:

“Bu görüş göstərdi ki, təşkilat artıq təkcə mədəni əməkdaşlıqla kifayətlənmək niyyətində deyil. Siyasi, iqtisadi, logistika və ticarət istiqamətlərində çevik mexanizmə çevrilmək yolunda addımlar atılır. MDB uzun illərdir mövcud olsa da, bu qurumun fəaliyyətində praktik işləkliyin zəifliyi, qərarların tez-tez formal xarakter daşıması müşahidə olunur”.

Siyasi şərhçinin fikrincə, TDT-nin üzv dövlətləri arasında tarixi və mədəni bazalar MDB-dən fərqli olaraq daha spesifikdir:

Ülviyyə Zülfiqar

“MDB-ni bir araya gətirən ümumi keçmiş olsa da, TDT-nin əsas dayağı türklük və ortaq kimlikdir. Bu, təşkilatın üzvləri arasında daha sıx və məqsədyönlü əməkdaşlıq üçün zəmin yaradır. Eyni zamanda TDT-nin daha çevik və funksional xüsusiyyətlərə malik olduğu görünür. Qarşıdan gələn dövrdə enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, ticarət və logistik əlaqələr üzrə real və konkret addımların atılacağı gözlənilir”.

Bununla belə, ekspert TDT-nin MDB-ni tam əvəz edib-etməyəcəyinin zamanla bəlli olacağını deyir:

“TDT-nin MDB-ni ikinci plana keçirməsi, yaxud ona alternativ olması hələlik proqnoz səviyyəsindədir. Lakin hazırda görünən odur ki, TDT daha aktiv və inkişaf yönümlü qurum kimi formalaşır”.

Safura Bənnayeva

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
49
globalinfo.az

1Sources