EN

Alla Puqaçovanı 20 ilə qədər həbs gözləyir

Unikal.az saytından alınan məlumata görə, ain.az bildirir.

Rusiyalı müğənni Alla Puqaçovanın “Skaji Gordeeva” layihəsinə (kanalın yaradıcısı Katerina Qordeyeva Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agent kimi tanınıb) müsahibəsində verdiyi ifadələrə görə Rusiya Cinayət Məcəlləsinin üç maddəsi ilə istintaqa cəlb olunması tələb edilib. 

"Unikal" xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Layihəsinin rəhbəri Vitali Borodin təkliflə çıxış edib. 

Borodin bununla bağlı Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə müraciət də ünanlayıb. 

Onun sözlərinə görə, cinayət işi qaldırılarsa, müğənnini 15 ildən 20 ilə qədər həbs gözləyir. O qeyd edib ki, ittihamlar Rusiya Cinayət Məcəlləsinin aşağıdakı maddələrinə uyğundur: terrora bəraət qazandırmaq, Rusiya silahlı qüvvələrini nüfuzdan salmaq və bilərəkdən yalan məlumat yaymaq.

Ağarza Elçinoğlu 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
17
unikal.az

1Sources