EN

“Saab” NATO-nun yeni sualtı döyüş sahəsi layihəsinə rəhbərlik edəcək

İsveçin “Saab” şirkəti tərəfindən idarə olunan MANGROVE konsorsiumu NATO tərəfindən “Allied Underwater Battlespace Mission Network” (AUWB-MN) layihəsinə rəhbərlik etmək üçün seçilib.

“Poliqon” “Saab”a istinadən xəbər verir ki, layihə müttəfiq ölkələr arasında dənizdə insansız sistemlər və ənənəvi platformaların qarşılıqlı fəaliyyətini təmin edəcək.

Bu layihə həm insanlı, həm də insansız suüstü və sualtı sistemləri birləşdirən bir missiya şəbəkəsi üçün referans arxitekturası, test və referans mühiti dizayn edir.

Missiya şəbəkəsi sürətli və təhlükəsiz informasiya mübadiləsini, həmçinin sahələrarası inteqrasiyanı təmin edərək hərbi qüvvələrin bütün növləri arasında birgə əməliyyatları dəstəkləyəcək. Layihənin nəticəsinin NATO üçün yeni standart kimi qəbul ediləməsi gözlənilir.

Sözügedən layihə NATO-nun “Digital Ocean” və “Antisubmarine Warfare Barrier Smart Defence Initiative” proqramlarının bir hissəsidir. Layihəyə Böyük Britaniya rəhbərlik edir və ona İsveç, ABŞ, Avstraliya, İspaniya, Almaniya, İtaliya, Portuqaliya, Kanada, Hollandiya, Danimarka və Norveç kimi 12 ölkə dəstək verir. Bu ölkələr layihə vasitəsilə hazırlanacaq standartı qəbul etməyə öhdəlik götürüblər.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

20250919

Chosen
22
poliqon.az

1Sources