EN

Aİ-nin Rusiyaya qarşı 19-cu sanksiyalar paketi təsdiqlənib

Avropa Komissiyası Aİ-nin Rusiyaya qarşı 19-cu sanksiyalar paketini təsdiqləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Aİ-nin sözçüsü Paula Pinyo bildirib.

"Biz bu gün təsdiq edə bilərik ki, komissiya Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqləyib. Söhbət 19-cu paketdən gedir", - o deyib.

P.Pinyo həmçinin qeyd edib ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və xarici işlər üzrə ali nümayəndə Kaya Kallas bu gün yeni sanksiyalar paketi ilə bağlı bəyanatla çıxış edəcək.

Chosen
35
1
ikisahil.az

1Sources