EN

“Bakı Fintex Forumu 2025” keçiriləcək

Oktyabrın 9-da Bakıda “Azərbaycan Fintex Assosiasiyası” (AzFina) təşkilatçılığı, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyasının tərəfdaşlığı ilə “Bakı Fintex Forumu 2025” keçiriləcək.

Finss.az xəbər verir ki, forum “Baku Marriott Hotel Boulevard”da baş tutacaq və dünyanın müxtəlif ölkələrindən qonaqları bir araya gətirəcək. Tədbirdə beynəlxalq maliyyə institutlarının, fintexlərin, bankların və digər maliyyə təşkilatlarının nümayəndələri iştirak edəcək.

Forum çərçivəsində yerli və beynəlxalq ekspertlər fintex sektorunda son illərin yenilikləri, gələcək proqnozlar və maliyyə sektoruna təsirlər barədə müzakirələr aparacaqlar.

Panel müzakirələrinin əsas mövzuları bunlar olacaq:

  • Açıq bankçılıq
  • Rəqəmsal ödənişlər
  • Süni intellekt
  • Fırıldaqçılıqla mübarizə
  • Kibertəhlükəsizlik

Forumda iştirak etmək istəyənlər tədbirin rəsmi saytından bilet əldə edə bilərlər:
//www.bakufintech.com/#ticket

Chosen
13
6
fins.az

9Sources