EN

"Oqtayın 20 min aliment borcu var"

Xəbər verdiyimiz kimi, bloger Aysel Şükürova keçmiş həyat yoldaşı Oqtay Əhmədovu məhkəməyə verib. 
 
Axşam.az-ın məlumatına görə, buna səbəb Oqtayın aliment ödəməməsi və onun sosial şəbəkədə canlı yayımda Ayseli təhqir etməsi olub. Belə ki, Oqtay Ayselə 20 min manata yaxın aliment ödəməlidir. Onların məhkəməsi isə bir neçə gün əvvəl keçirilib. Oqtay məhkəməyə gəlməyib. 
 
Bildirilib ki, qarşı tərəfin vəkili O.Əhmədova düzgün məlumat vermədiyi üçün o qatıla bilməyib. Məhkəmə növbəti həftəyə təxirə salınıb. 
 
Aysel açıqlamasında deyib ki, Oqtay aliment ödəmir və sosial şəbəkədə onun ünvanına təhqirlər səsləndirdiyini danır:
 
"Növbəti dəfə gəlməsə onu hüquq mühafizə orqanlarının nümayəndələri məcburi gətirəcək. Onu şikayət edəndə 15 min aliment borcu var idi. İndi 20 min manata qalxıb. Əkizlərimiz üçün pul ödəməlidir. İş istintaqdadır. Həmin məhkəmədə qalib olmuşam. Canlı yayımda haqqımda iyrənc ifadələr işlədib. Amma məhkəmə zalında bunu danır. Təkzib edir, deyir başqa Aysel haqqında demişəm. Bununla bağlı nə qədər şahidim var. İlk şikayətim alimentlə bağlı idi. Ondan sonra canlı yayım açıb haqqımda təhqirlər səsləndirib. mübahisə elə aliment üstündə başlayıb".
 
Qeyd edək ki, A. Şükürova Bakı Lifttəmir İstehsalat Birliyinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızıdır. Aysel və Oqtay dəbdəbəli toyu ilə gündəmə gəlmişdi.
Chosen
17
2
moderator.az

3Sources