EN

Ukrayna ordusu: Rusiya əsgərləri Kupyansk istiqamətində qaz xəttinin içində məhv edilirVİDEO

Ukrayna Silahlı Qüvvələri (VSU) Rusiyanın Kupyansk şəhərinə irəliləməyə çalışan hərbçilərinin qaz xəttində batırıldığını açıqlayıb.

Musavat.com xəbər verir ki, şimal əməliyyat komandanlığının məlumatına görə, Kupyansk Rusiya üçün strateji əhəmiyyətə malik şəhərdir və düşmən bu məqsəd üçün qüvvələr toplayıb. Lakin şəhərə daxil olmağa çalışdıqları qaz kəməri zədələnmiş və su ilə dolmuş vəziyyətdədir.

Ukrayna mediasının yaydığı məlumata görə, rus qoşunları Oskol çayı üzərindən qayıqlarla keçməyə cəhd etsələr də, əksəriyyəti Ukrayna artilleriyası, minaatanlar və FPV-dronlarla məhv edilib.

Xatırladaq ki, 12 sentyabr tarixində “Deep State” xəbər agentliyi Rusiya qoşunlarının Kupyansk şəhərinə qaz borusu üzərindən irəliləməyə çalışdığını xəbər vermişdi. Bu marşrutun uzunluğu təxminən 4 km-dir.

Chosen
32
1
editor.az

2Sources