EN

Avropada ən qısa ömürlü ölkə AÇIQLANDI

Avropa İttifaqında (Aİ) ömür uzunluğu 2024-cü ildə orta hesabla 81,7 ilə yüksəlib. Avropa İttifaqının Statistika İdarəsinin açıqladığı məlumata görə, bu göstərici ötən illə müqayisədə 0,3 il artım deməkdir. Siyahının başında 84,1 illə İtaliya və İsveç, 84 illə isə İspaniya dayanır.

News24.az xəbər verir ki, ən qısa ömürlü ölkə isə Bolqarıstan olub – burada orta ömür 75,9 ildir. Bolqarıstanı 76,6 illə Rumıniya, 76,7 illə Latviya izləyib. Araşdırma göstərib ki, COVID-19 sonrası dövrdə 26 Aİ ölkəsindən 24-də ömür uzunluğu artıb.

Ən böyük artım Litvada qeydə alınıb. Ölkədə orta ömür 1,1 ilə yüksəlib. Çexiya, Latviya və Rumıniyada da bir illik irəliləyiş olub. Digər tərəfdən Hollandiyada göstərici 0,2 il geriləyib, İspaniyada dəyişməyib, Fransada isə cüzi – 0,1 il artım müşahidə edilib.

Ümumilikdə isə Avropada ömür uzunluğunun sabit şəkildə artdığı vurğulanıb.

Xeyrənsə Piriyeva


Chosen
61
1
news24.az

2Sources