EN

Bu şəhərdə bomba aşkar edildi

ain.az bildirir, Missiya.az saytına əsaslanaraq.

Almaniyanın paytaxtı Berlində İkinci Dünya Müharibəsindən qalan bomba aşkar edildiyi üçün 10 minə yaxın sakin evlərindən təxliyə olunub.

Missiya.Az xəbər verir ki, bu barədə Berlin polisi məlumat yayıb. 

Partlamamış bomba şəhərin Şpree çayında, 3 metr dərinlikdə tapılıb. Təhlükəsizlik səbəbi ilə bombanın yerləşdiyi ərazidə 500 metrlik zona bağlanıb, yol və çay trafiki isə 12 saat müddətinə dayandırılıb.

Yoxlamalar zamanı müəyyən olunub ki, bombanın partlama riski yoxdur. Səlahiyyətlilər partlamamış sursatın çaydan çıxarılaraq məhv ediləcəyini açıqlayıb. Hadisə ilə əlaqədar evlərini tərk edən sakinlərə artıq geri qayıtmağa icazə verilib.

Seyranə Quliyeva

Missiya.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
16
missiya.az

1Sources