EN

Hərbi prokurorun müavini işdən çıxarıldı, yerinə o təyin edildi

Respublika Hərbi prokurorunun müavini ədliyyə general-mayoru Fuad Məmmədov vəzifəsindən azad edilib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən F.Məmmədov sərəncama götürülüb.

Digər əmrlə Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini Qasım Məmmədov hərbi prokurorun yeni müavini təyin edilib.

Milli.Az

Chosen
13
17
milli.az

10Sources