EN

Şəki Regional Elmi Mərkəzdə Dövlət Suverenliyi Günü qeyd olunub

AMEA-nın Şəki Regional Elmi Mərkəzində (REM) 20 sentyabr – Dövlət Suverenliyi Gününə həsr edilmiş dəyirmi masa keçirilib. 

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə Şəki REM-in direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü 2023-cü ilin 19-20 sentyabrının Azərbaycanın şanlı tarixinin ən parlaq səhifələrindən biri olduğunu bildirib. O, həmin gün ölkəmizin ərazi bütövlüyünün tam bərpa olunduğunu qeyd edib. 

Yusif Şükürlü Dövlət Suverenliyi Gününün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamına əsasən qeyd edildiyini diqqətə çatdırıb. Bildirib ki, Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman Vətən oğullarının əldə etdikləri tarixi Zəfər sayəsində təqvimin bu günü şanlı bayrağımızın dalğalandığı bölünməz və bütöv Azərbaycan torpaqlarında bayram edilir.

Daha sonra Şəki REM-in Tarix və epiqrafika şöbəsinin rəhbəri tarix üzrə fəlsəfə doktor Rahim Həsənov çıxış edərək 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində əldə edilmiş şanlı qələbə, 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsindən, Dövlət Suverenliyi Gününün elan edilməsinin əhəmiyyətindən danışıb. O, bütün bunların Azərbaycan tarixinin mühüm hadisəsinə çevrildiyini vurğulayıb. 

Qabil YUSİFOĞLU
XQ

Chosen
6
xalqqazeti.az

1Sources